ПОСЛЕДНИЕ ПРОЕКТЫ

"Barnhouse" layihəsi

Təbiətlə maksimum kontaktda olmaq istiyirsinizsə, sizin də seçiminiz Barn house olsun! Müasir tikililərin trendi Barn house evlər.
Bu evlərin üstünlükləri qənaətli və davamlı olması və qonaq evləri və ya kotteclər üçün ideal olmasıdır. Açıq planlaşdırma və təbii işıq sayəsində ev daha böyük görünür və fərdiliyi əks etdirir. Barnhouse evi seçərək şəhər həyatından uzaq, təbiətin və gözəl yerlərində - meşəlikdə, çayın, dağın və yaxud göl kənarında yerləşdirərək həyatın rahat anlarını hiss edə bilərsiniz. Peşəkar inşaat komandamız evləri sizin qısa müddət ərzində hazırlayıb təhvil verə bilər.
Azərbaycanda daxili turizmə maraq hər il durmadan artır. Gələcəyə yatırım edin. Barnhouse layihəsinə yatırım edərək turizm məqsədli icarəyə verədə bilərsiniz.
Evin daxili sahəsi tikiliş üsulundan asılı olmayaraq ( hörgü və ya konteryer tipli ) 29.4 kv.m təşkil edir. Teras hissəsi isə 7 kv.m təşkil edir. Evin hündürlüyü isə 3.6 metr təşkil edir. Standart ölçülərdən əlavə istəyinizə uyğun digər layihələridə seçə bilərsiniz.
"Açar təvhil" Eko layihəsi qoşa daş hörgü ilə edildiyi təqdirdə ümumi qiyməti (terasla birlikdə) 14000 azn-dən başlayır. (03.09.2022-ci il tarixinə uyğun)
"Açar təvhil" Konteyner tipli tikiliş üçün isə ümumi qiyməti (terasla birlikdə) 16300 azn-dən başlayır. (03.09.2022-ci il tarixinə uyğun)
*Qiymət paketlərinə materiallar və işçilik haqqı daxildir. Qiymətlərə mebel və avadanlıqları daxil deyil.
Təklif etdiyimiz fürsət haqqında suallarınız yaranarsa əlaqə saxlamağınız xahiş olunur :
(+99412)4084040
(+99470)5982100
(+99455)9046518
Ünvanımız: Siz harada istəsəniz orada olacaq Səyyar ofismizlə həmişə xidmətinizdəyik.

Comments

D